"OpenAI" məlumat mərkəzlərinin adını "AI Compute Campuses" kimi dəyişməyi düşünür
Şirkət amerikalıların süni intellektə baxışına təsir etmək üçün geniş ictimaiyyətlə əlaqələr kampaniyasına hazırlaşır.
Tom's Hardware "Axios"-a istinadən xəbər verir ki, "OpenAI" amerikalıların süni intellektə münasibətinə təsir göstərmək məqsədilə böyük ictimaiyyətlə əlaqələr kampaniyasına hazırlaşır. Planlardan biri şirkətin məlumat mərkəzlərinin "AI Compute Campuses", yəni "süni intellekt hesablama kampusları" adlandırılmasıdır.
Təşəbbüs ABŞ-da 3 noyabrda keçiriləcək aralıq seçkilər ərəfəsində irəli sürülüb. Bu, həm də 2028-ci il prezident seçkiləri öncəsi süni intellekt ətrafındakı müzakirələrə təsir etmək üçün daha geniş səylərin bir hissəsi hesab olunur.
"OpenAI"-ın qlobal məsələlər üzrə rəhbəri Kris Leyn aralıq seçkilərin 2028-ci ildə baş verəcəklər üçün "bir növ film treyleri" olacağını bildirib. Onun fikrincə, süni intellekt prezidentliyə namizədlər üçün əsas mövzulardan birinə çevriləcək.
Qeyd edək ki, son dövrdə ABŞ-da məlumat mərkəzlərinə qarşı ictimai narazılıq artır. Süni intellekt texnologiyası iş yerlərinə, iqtisadiyyata və ətraf mühitə təsiri baxımından ciddi narahatlıq doğurur.
Mənbə: Tom's Hardware