# "OpenAI"-ın keçmiş mühəndisi casusluq ittihamı ilə həbsdə saxlanılacaq

> FTB onun telefonunda "Saudi Gov Docs" adlı qovluq və Səudiyyə kral ailəsinin üzvü ilə yazışmalar aşkarlayıb.

- Mənbə: [INPUT.AZ](https://input.az)
- URL: https://input.az/xeberler/openai-in-kecmis-muhendisi-casusluq-ittihami-ile-hebsde-saxlanilacaq
- Dərc olunub: 21 oktyabr 2026, 12:00 (Bakı)
- Bölmə: Xəbərlər
- Teqlər: OpenAI, Kibertəhlükəsizlik, Süni intellekt
- Mənbə: [Ars Technica](https://arstechnica.com/tech-policy/2026/10/accused-openai-spy-had-folder-called-saudi-gov-docs-fbi-says)

!["OpenAI"-ın keçmiş mühəndisi casusluq ittihamı ilə həbsdə saxlanılacaq](https://inputaz.s3.eu-central-1.amazonaws.com/media/ae367b580a4de91f.webp)
_Ars Technica_

Ars Technica xəbər verir ki, ABŞ məhkəməsi "OpenAI"-ın konfrans otağına gizli dinləmə cihazı yerləşdirməkdə ittiham olunan keçmiş mühəndis Abdulrahman Alfozanın azadlığa buraxılmasından imtina edib. Hakim Aleks Tse onun məhkəməyədək həbsdə qalmasına qərar verib.

İttihama görə, Səudiyyə Ərəbistanı vətəndaşı olan Alfozan 2025-ci ilin iyulunda illik 325 min dollar maaşla "OpenAI"-a işə qəbul olunub. Şirkət konfrans otağında ən azı bir neçə gün qalmış yazı cihazı aşkarlayıb. Həmin müddətdə otaqda şirkət rəhbərləri ABŞ hökumət rəsmiləri ilə görüş keçiriblər.

FTB-nin məlumatına görə, Alfozan cihazları uyğunlaşdırmaq üçün həyat yoldaşının "ChatGPT" hesabından istifadə edib, onun "iPhone"unda isə "Saudi Gov Docs" adlı qovluq və başqa bir gizli cihazın fotoları tapılıb. Bundan əlavə, Səudiyyə kral ailəsinin üzvü ilə "WhatsApp" yazışmaları da aşkarlanıb.

Prokurorluq bildirib ki, Alfozan həbsdən bir neçə gün əvvəl ailəsi ilə Ər-Riyada birtərəfli bilet alıbmış və biletin pulunu Səudiyyə hökuməti ödəyib. Onun həyat yoldaşı və övladı artıq ölkəni tərk edib.

Qeyd edək ki, hazırkı ittiham maksimum beş il həbs cəzası nəzərdə tutur, lakin hökumət daha ağır ittihamlar irəli sürə biləcəyini bildirib. Prokurorlar əvvəllər Səudiyyə üçün casusluqda ittiham olunan keçmiş "Twitter" əməkdaşlarının işini də nümunə gətiriblər.
