Məhkəmə "xAI"-ın data mərkəzi ilə bağlı iddianı rədd etmək tələbini qəbul etməyib

Federal hakim Memfisdəki data mərkəzində icazəsiz qaz turbinlərinin istifadəsi ilə bağlı "NAACP"-nin iddiasının davam etməsinə qərar verib.

Engadget

"Engadget" xəbər verir ki, ABŞ-da federal hakim İlon Maskın "xAI" şirkətinin ona qarşı qaldırılmış iddianın rədd edilməsi tələbini təmin etməyib. İddiada şirkətin Tennessi ştatının Memfis şəhərindəki data mərkəzi kompleksində turbinləri lazımi icazələr olmadan işlətdiyi və "Təmiz hava haqqında" qanunu pozduğu bildirilir.

ABŞ Dairə Hakimi Debra M. Braunun qərarı ilə "NAACP" təşkilatının apreldə qaldırdığı iddia davam edəcək. Təşkilat hazırda "SpaceXSI" adı ilə tanınan şirkəti Memfis ərazisindəki data mərkəzlərini enerji ilə təmin etmək üçün icazəsiz metan qazı turbinlərindən istifadədə ittiham edib.

"xAI" turbinlərin mobil olduğunu və buna görə icazə tələblərindən azad edildiyini iddia edib. Lakin hakim qərarında bütün turbinlərin data mərkəzinə enerji verdiyi elektrik stansiyasının mobil olmadığını və icazə prosesindən azad edilə bilməyəcəyini yazıb. Şirkətin tələbini ABŞ Ədliyyə Nazirliyi də dəstəkləyib və onun fəaliyyətinin ölkənin hərbi əməliyyatları üçün vacib olduğunu bildirib.

Qeyd edək ki, davam edən iddiaya baxmayaraq, şirkət yaxınlıqdakı Missisipi ştatının Sauthaven icmasında yerləşən digər süni intellekt data mərkəzinə də əlavə qaz turbinləri quraşdırıb. Süni intellekt şirkətləri data mərkəzlərinin tikintisini sürətləndirdikcə, yerli sakinlərin bu layihələrə etirazı da artır.

Mənbə: Engadget