Mashable xəbər verir ki, "Bose" oktyabrın 21-də "Skullcandy" şirkətini satın aldığını açıqlayıb. Əməliyyat iki brend arasında bir neçə il davam edən əməkdaşlıqdan sonra baş tutub.
Açıqlamaya görə, "Skullcandy" "Bose" tərkibində ayrıca brend kimi fəaliyyətini davam etdirəcək, qərargahı isə Yuta ştatının Park-Siti şəhərində qalacaq. "Bose" brendin dizaynını və istehlakçı auditoriyası ilə əlaqələrini qorumaq niyyətində olduğunu bildirib.

Mashable qeyd edib ki, bu addım "Bose"un büdcə seqmentində daha fəal olmaq istəyini göstərir. Məsələn, "Skullcandy"nin ən ucuz simli qulaqlığı 14,99 dollara, "Bose"un ən ucuz simli qulaqlığı isə 99,99 dollara satılır. Səs-küyü azaldan simsiz modellərdə isə qiymətlər müvafiq olaraq 104,99 və 179,99 dollardan başlayır.
İki şirkətin əməkdaşlığı "Sound by Bose" nişanlı məhsullarla başlayıb. Bu xəttin ilk modeli 99 dollarlıq "Skullcandy Method 360 ANC" qulaqlıqları olub. Bu ilin iyulunda isə "Bose" texnologiyaları ilə təchiz olunmuş "Crusher 1080" qulaqlıqları təqdim edilib.

Qeyd edək ki, bu, "Bose"un bu il həyata keçirdiyi üçüncü satınalmadır, lakin istehlakçı audio brendi üzrə ilkidir. Şirkət oktyabrın 1-də interaktiv audio proqram təminatı hazırlayan "Firelight Technologies"i, ilin əvvəlində isə "StreamUnlimited Engineering GmbH" platformasını alıb.
Mənbə: Mashable
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





