"Wired" "Snap"in 2195 dollarlıq "Specs" AR eynəklərini sınaqdan keçirib
Jurnalist cihazı ticarət mərkəzində sınayıb. Eynəklər rahat olsa da, idarəetmədə problemlər və əsas funksiyanın olmaması diqqət çəkib.
"Wired" xəbər verir ki, nəşrin jurnalistləri "Snap" şirkətinin artırılmış reallıq eynəkləri olan "Specs"i sınaqdan keçiriblər. İyunda təqdim olunan cihazın qiyməti 2195 dollardır və yaxın həftələrdə satışa çıxarılacaq.
Jurnalist eynəkləri Los-Ancelesdəki "Westfield Century City" ticarət mərkəzində yaradılmış nümayiş zonasında sınayıb. Burada təxminən on iki tətbiq təqdim olunub: havada barmaqla rəsm çəkmək, real mühitin üzərində naviqasiya göstəriciləri, kitabdakı mətnin təhlili, qolf və "NBA" ilə birgə basketbol təlimi. "Thirty Ups" tətbiqi ilə şınaq zamanı jurnalist 12 dəfə ərinmə hərəkəti edib, eynəklər isə 11-ni sayıb.
Rəydə qeyd olunur ki, iri görünməsinə baxmayaraq, eynəklər yüngüldür və üzdə yaxşı dayanır. Cihaz iki ölçüdə təklif edilir. Günəş işığında virtual elementlər görünən qalıb, eynəklər avtomatik "günəş eynəyi rejiminə" keçib.
Bununla belə, əl jestləri ilə idarəetmə həmişə dəqiq işləmir, "Bluetooth" klaviaturada isə ciddi gecikmə müşahidə olunub. Linzalardakı dalğa ötürücüləri hərəkət zamanı göy qurşağı parıltısı yaradır. Jurnalistin fikrincə, "Harry Potter" təcrübəsi və alış-veriş funksiyası daha çox reklam təsiri bağışlayır.
Qeyd edək ki, jurnalist eynəklərin tərtibatçı versiyasını 2024-cü ildə sınayıbmış və o vaxtdan bəri proqram təminatının çox dəyişmədiyini bildirib. Müəllifə görə, "Meta" və "Xreal" daha ucuz və daha mükəmməl qarışıq reallıq eynəkləri təklif edir.
Mənbə: Wired