# "Spotify" ailə abunəsi üçün QR kodla yoxlamanı tətbiq etməyə başlayıb

> Yoxlamanı 7 gün ərzində keçməyən istifadəçilər 12 ay müddətinə başqa ailə planına qoşula bilməyəcək.

- Mənbə: [INPUT.AZ](https://input.az)
- URL: https://input.az/proqram/spotify-aile-abunesi-ucun-qr-kodla-yoxlamani-tetbiq-etmeye-baslayib
- Dərc olunub: 21 oktyabr 2026, 10:00 (Bakı)
- Bölmə: Proqram
- Teqlər: Spotify, Abunə
- Mənbə: [9to5Google](https://9to5google.com/2026/10/19/spotify-qr-code-verification-family-sharing)

!["Spotify" ailə abunəsi üçün QR kodla yoxlamanı tətbiq etməyə başlayıb](https://inputaz.s3.eu-central-1.amazonaws.com/media/13bd1a169e24489e.webp)
_9to5Google_

9to5Google xəbər verir ki, "Spotify" "Family" abunə planından sui-istifadənin qarşısını almaq üçün yeni üsul tətbiq edir. Plan üzvlərindən plan rəhbəri ilə eyni ünvanda yaşadıqlarını QR kodu skan etməklə təsdiqləmələri tələb oluna bilər.

Prosedura görə, plan rəhbəri öz smartfonunda profil şəkli, "Your Premium" və "Manage" bölmələri vasitəsilə QR kodu açır, üzv isə onu telefonunun kamerası ilə skan edir. Bunun üçün hər iki şəxs eyni yerdə olmalıdır. "Reddit" istifadəçilərinin bildirdiyinə görə, kod bir neçə saniyədən bir dəyişir və bu, ekran görüntüsündən istifadəni çətinləşdirir. Bununla belə, bəzi istifadəçilər bir neçə cihaz və videozəng vasitəsilə yoxlamadan yan keçə biliblər.

!["Spotify" ailə abunəsi üçün QR kodla yoxlamanı tətbiq etməyə başlayıb](https://inputaz.s3.eu-central-1.amazonaws.com/media/c5b19fb2ee979a57.webp)
_9to5Google_

Bildiriş göründükdən sonra üzvlərə yoxlamanı tamamlamaq üçün 7 gün vaxt verilir. Bu müddəti buraxan istifadəçi dərhal pulsuz plana keçirilir və 12 ay ərzində başqa "Family" və ya "Duo" planına qoşula bilmir. Lakin o, fərdi "Individual" planına abunə ola bilər.

Qeyd edək ki, "Spotify"ın ailə planı şərtləri bütün üzvlərin eyni evdə yaşamasını tələb edir. Şirkət əvvəllər də ünvan yoxlamasından istifadə edib və orada da eyni 12 aylıq qadağa tətbiq olunurdu, lakin QR kod üsulundan yan keçmək xeyli çətindir.
