"Perplexity" Mac tətbiqində səs rejimini "OpenAI"ın "gpt-live-1" modeli ilə yeniləyib
Yenilənmiş səs rejimi "Pro" və "Max" abunəçiləri üçün Mac tətbiqində və veb versiyada artıq əlçatandır.
9to5Mac xəbər verir ki, "Perplexity" şirkəti Mac üçün tətbiqində səs rejimini yeniləyib. Yeni funksiya "OpenAI"ın bu ilin əvvəlində təqdim etdiyi "gpt-live-1" səs modeli əsasında işləyir.
"gpt-live-1" modelinin əsas xüsusiyyəti danışdığı zaman istifadəçini eyni anda dinləyə bilməsidir. Bu imkan bir neçə ay keçməsinə baxmayaraq, "ChatGPT"nin səs texnologiyasının diqqət çəkən üstünlüklərindən biri sayılır.
Şirkətin açıqlamasına görə, yenilənmiş səs rejimində istifadəçilər bir səs sessiyası çərçivəsində eyni anda bir neçə "Computer" sessiyası üzərində işləyə, yeni tapşırıqlar başlada, həmçinin layihələr yaradıb idarə edə bilərlər.
Funksiya artıq Mac tətbiqində və veb versiyada bütün "Pro" və "Max" abunəçiləri üçün əlçatandır.
Qeyd edək ki, "Perplexity" bundan əvvəl Mac kompüterlərində süni intellekti bulud modellərindən asılı olmadan birbaşa cihazda işlətmək imkanını da təqdim edib. Bu, oflayn rejimdə işləməyə və məxfiliyə yönəlmiş iş axınlarına şərait yaradır.
Mənbə: 9to5Mac