"Microsoft Authenticator" Android-də ehtiyat nüsxə üçün "Google One"a keçir

2027-ci ilin yanvarından birdəfəlik parolların ehtiyat nüsxəsi artıq "Microsoft" hesabı ilə deyil, "Google One" vasitəsilə saxlanılacaq.

9to5Google

9to5Google xəbər verir ki, "Microsoft" şirkəti Android üçün "Microsoft Authenticator" tətbiqində öz ehtiyat nüsxə funksiyasından imtina edir və bu xidməti "Google One"a həvalə edir.

"Microsoft Authenticator" iki faktorlu autentifikasiya tətbiqidir və "Google Authenticator" kimi işləyir. Tətbiq müxtəlif onlayn hesablara daxil olmaq üçün birdəfəlik kodlar yaradır.

Şirkətin dəstək səhifəsində bildirilib ki, 2027-ci ilin yanvarından etibarən birdəfəlik parol bağlantılarının ehtiyat nüsxəsini çıxarmaq üçün şəxsi "Microsoft" hesabından istifadə olunmayacaq. Android-də bu proses "Google One" ehtiyat nüsxə xidməti üzərindən aparılacaq. İstifadəçilər cihazlarında "Google One" ehtiyat nüsxə ayarlarında "Microsoft Authenticator" seçimini aktivləşdirməli olacaqlar.

Qeyd edək ki, bu addım ilk deyil: "Microsoft Authenticator" iOS əməliyyat sistemində də birdəfəlik parolların və hesabların ehtiyat nüsxəsi üçün artıq "iCloud" xidmətindən istifadə edir. Dəyişiklik bir neçə həftə sonra qüvvəyə minəcək.

Mənbə: 9to5Google