"Lightroom" mobil tətbiqi fotolarda bağlı gözləri bir toxunuşla açır

Yeni funksiya generativ süni intellektdən istifadə edir və istifadəçinin kitabxanasındakı digər şəkillərə əsaslanır.

The Verge

The Verge xəbər verir ki, "Adobe" şirkəti "iOS", "iPadOS" və "Android" üçün nəzərdə tutulan "Lightroom" mobil tətbiqinə fotolarda bağlı gözləri açan yeni funksiya əlavə edib. "Open Eyes" adlı alət generativ süni intellekt əsasında işləyir və bir toxunuşla istifadə olunur.

Tətbiq fotoda bir və ya bir neçə nəfərin gözlərinin bağlı olduğunu aşkarladıqda, şəklin üzərində avtomatik olaraq "Open Eyes Quick Action" ikonu görünür. Bu, funksiyaya sürətli çıxış imkanı yaradır.

The Verge

Funksiya əvəzedici gözləri işıqlandırmaya və pozaya uyğunlaşdırır. Bundan əlavə, tətbiq "Lightroom" kitabxanasındakı həmin şəxsin digər fotolarını nümunə kimi götürür ki, gözlərin rəngi, ölçüsü və forması dəqiq uyğun gəlsin.

DPReview-a görə, tətbiqin pulsuz versiyasının istifadəçiləri funksiyanı iki dəfə sınaya bilər. Daha sonra onlara süni intellekt alətləri üçün əlavə kreditlər təqdim edən "Adobe Creative Cloud" planına abunə olmaq təklif olunur.

Qeyd edək ki, oxşar imkan "Photoshop Elements" proqramında təxminən on ildir mövcuddur, lakin orada gözlər eyni şəxsin başqa fotosundan götürülür və nəticə şəkillər arasındakı fərqlərdən asılı olaraq dəyişir. "Photoshop"da da generativ alətlərlə bu düzəlişi etmək mümkündür, amma bu, bir toxunuşla edilmir və pulsuz deyil.

Mənbə: The Verge