# Brauzerdə tam "Intel 486" kompüter emulyatoru hazırlanıb

> "Retro486" layihəsi heç bir əlavə asılılıq olmadan işləyir və virtual kompüterin konfiqurasiyasını dəyişməyə imkan verir.

- Mənbə: [INPUT.AZ](https://input.az)
- URL: https://input.az/proqram/brauzerde-tam-intel-486-komputer-emulyatoru-hazirlanib
- Dərc olunub: 31 oktyabr 2026, 17:10 (Bakı)
- Bölmə: Proqram
- Teqlər: Emulyator, Retro kompüter, Intel
- Mənbə: [Tom's Hardware](https://tomshardware.com/video-games/retro-gaming/developer-builds-a-complete-intel-486-pc-emulator-in-a-browser-100-percent-pure-javascript-retro486-includes-modular-tabs-for-screen-motherboard-storage-expansion-cards-and-more)

![Brauzerdə tam "Intel 486" kompüter emulyatoru hazırlanıb](https://inputaz.s3.eu-central-1.amazonaws.com/media/d30ec0cb51529e4e-1600x900.webp)
_Tom's Hardware_

Tom's Hardware xəbər verir ki, proqramçı Jan de Jager brauzerdə işləyən tam "Intel 486" kompüter sistemi yaradıb. Layihə "Retro486 Modular Browser PC" adlanır və onun "GitHub" səhifəsində "e486-web" adı ilə yerləşdirilib.

Müəllifin bildirdiyinə görə, emulyator tamamilə "JavaScript" dilində yazılıb və heç bir əlavə asılılıq tələb etmir. Layihənin hazırlanmasında "Claude" süni intellekt modelinin də payı olduğu qeyd edilir.

Onlayn demo versiyasını bir kliklə işə salmaq mümkündür. Virtual kompüter "Intel 80486DX2-66" prosessoru əsasında qurulub və bir neçə bölmədən ibarət interfeys təqdim edir.

İstifadəçi əsas vaxtını CRT monitor adlı bölmədə keçirir: burada komanda sətri, proqramlar və oyunlarla işləmək olur. Digər bölmələrdə isə ana plata və slotlar, yaddaş qurğuları, xüsusi genişləndirmə kartları, həmçinin sistem və diaqnostika parametrlərini tənzimləmək mümkündür.

Qeyd edək ki, "Intel 80486" prosessorları 1990-cı illərin əvvəllərində fərdi kompüterlərdə geniş yayılmışdı və bu gün retro kompüter həvəskarları arasında populyarlığını qoruyur.
