"Stranger Than Heaven" oyununun ilk təəssüratları: "Like a Dragon"un sərt spin-offu

"RGG Studio"nun yeni oyunu 1900-cü illər Yaponiyasında yapon-amerikalı qəhrəmanın hekayəsini və yeni döyüş sistemini təqdim edir.

Engadget

Engadget xəbər verir ki, "Sega"nın "Like a Dragon" (əvvəlki adı "Yakuza") seriyasının növbəti oyunu olan "Stranger Than Heaven" seriyanın indiyədək ən cəsarətli və ciddi hissəsi kimi görünür. Nəşrin jurnalisti oyunun ilk fəsillərini bir neçə saat sınaqdan keçirib.

Oyunun süjeti beş onilliyi əhatə edir və 1915, 1929, 1943, 1951 və 1965-ci illərdə cərəyan edir. Baş qəhrəman Makoto Daito yapon-amerikalı qovulmuş gəncdir: o, San-Fransiskoda irqi səbəblərdən haqsız ittihamla üzləşdikdən sonra Yaponiyaya qaçır, Kokurada liman fəhləsi kimi başlayıb, Osakada gecə klubu sahibinə, sonda isə 1960-cı illərin Şincukusunda Tojo Klanının əsas fiqurlarından birinə çevrilir.

Engadget

Oyunun əsas yeniliyi döyüş sistemidir. Oyunçu qəhrəmanın sol və sağ qolunu ayrıca idarə edir: sol çiyin düymələri sol əllə, sağ düymə isə sağ əllə yüngül və güclü zərbələrə cavabdehdir. Jurnalistin sözlərinə görə, sistem "Elden Ring" kimi oyunları xatırladır, lakin daha mürəkkəbdir, xüsusilə hücumun bucağına görə istiqamətli müdafiəyə öyrəşmək çətindir.

Rəydə oyunun irqçilik mövzusunu əsasən uğurla təqdim etdiyi qeyd olunub, lakin bəzi süjet anlarında tempin düşdüyü, Snoop Dogg və Tupac obrazlarının isə immersiyanı pozduğu bildirilib.

Engadget

Qeyd edək ki, "Stranger Than Heaven" müstəqil hekayə olsa da, Kazuma Kiryu və İçiban Kasuqanın gələcək hekayələrinə zəmin yaradır. Oyun 17 yanvar 2027-ci ildə PC, "PS5" və "Xbox Series X|S" platformalarında çıxacaq.

Mənbə: Engadget