"Sony"nin xalis mənfəəti 44 faiz artıb: "PlayStation" və "Spider-Man" önə çıxıb

Şirkətin kino bölməsinin gəliri 527 faiz yüksəlib, "PlayStation 5" satışları isə ötən illə müqayisədə azalıb.

The Verge

The Verge xəbər verir ki, "Sony" sentyabrda başa çatan üç ay üzrə xalis mənfəətini 449,60 milyard yenə (təxminən 2,84 milyard dollar) çatdırıb. Bu göstərici ötən ilin eyni dövründəki 311,4 milyard yenlə (1,96 milyard dollar) müqayisədə 44 faiz çoxdur.

Artımda iyulda kinoteatrlara çıxan "Spider-Man: Brand New Day" filminin rolu böyük olub. Film dünya üzrə 2,52 milyard dollar gəlir əldə edərək tarixin ən çox gəlir gətirən üçüncü filminə çevrilib. Nəticədə "Sony Pictures Entertainment" rübü 581 milyon dollar gəlirlə başa vurub ki, bu da 2025-ci ilin eyni dövründəki 93 milyon dollardan 527 faiz çoxdur.

Bununla belə, "PlayStation 5" konsollarının satışı azalıb: ikinci rübdə 2,6 milyon ədəd satılıb, ötən il isə bu rəqəm 4 milyon idi. Büdcəsi 300 milyon dollar olduğu bildirilən eksklüziv "Marvel's Wolverine" oyunu 2,4 milyon nüsxə satılıb. Ümumilikdə "PlayStation" oyunlarının həm rəqəmsal, həm də fiziki disk satışları artıb.

Şirkətin maliyyə direktoru Lin Tao bildirib ki, yeni nəsil konsol üzərində işlərdə "ciddi irəliləyiş" var və layihə planlaşdırıldığı kimi davam edir.

Qeyd edək ki, avqustda oyunçular "Sony"nin disklərdən tamamilə imtina etmək planına etiraz olaraq bir həftəlik boykot keçiriblər. Buna baxmayaraq, fiziki disk satışları rüb ərzində artım göstərib.

Mənbə: The Verge