"Xiaomi" "Android 17" əsaslı "HyperOS 4" yeniləməsinin cədvəlini açıqlayıb
Yeniləmə 3 noyabrdan etibarən mərhələlərlə yayılır və 2022-ci ildə çıxan "Xiaomi 13T" modelinə qədər cihazları əhatə edəcək.
9to5Google xəbər verir ki, "Xiaomi" "Android 17" əsaslı "HyperOS 4" yeniləməsinin yekun versiyasını 3 noyabr 2026-cı il tarixindən etibarən yaymağa başlayıb. Şirkət yeniləmənin tam cədvəlini "X" sosial şəbəkəsində paylaşıb.
İlk mərhələdə yeniləməni "Xiaomi 17/17T" seriyası, "Xiaomi 15", "Xiaomi Pad 8" seriyası, "Poco F8", "Poco X8", "Poco M8" seriyaları, "Redmi Note 17" və "Redmi Note 15" seriyaları, eləcə də digər modellər alır. Noyabrın ortalarından "Xiaomi 15T" seriyası, "Xiaomi Pad 7" və "Poco F7" kimi cihazlar, dekabrda isə "Xiaomi 14", "Xiaomi 13", "Xiaomi 13T" seriyaları və "Xiaomi MIX Flip" növbəyə daxil olacaq.
Yeniləmə interfeysi "Liquid Glass" üslubunda yeniləyir, kilid ekranı üçün daha çox fərdiləşdirmə imkanı, o cümlədən iri saat dizaynları, ana ekranın təşkili üçün yeni funksiyalar və üzən tətbiqlər üçün təkmilləşdirilmiş dəstək təqdim edir.
Şirkətin bildirdiyinə görə, smartfondan təxminən bir gün istifadə etdikdən sonra tətbiqlər təxminən 20% daha sürətli açılır. Bunu istifadə vərdişlərini öyrənən arxa fonda işləyən süni intellekt alqoritmi təmin edir.
Qeyd edək ki, "Xiaomi" "HyperOS 4" yeniləməsini avqust ayında elan edib və demək olar ki, dərhal bir çox modellər üçün beta versiyasını istifadəyə verib. Yeniləmə mərhələlərlə yayıldığı üçün bəzi istifadəçilər onu bir qədər gec ala bilər.
Mənbə: 9to5Google