Wired "iPhone Duo"nu sınaqdan keçirib: Apple-ın ilk qatlanan smartfonu 7/10 alıb

Nəşr cihazın dizaynını və batareyasını bəyənib, ağır çəkini və optimallaşdırılmamış tətbiqləri isə əsas çatışmazlıq kimi göstərib.

Wired

Wired xəbər verir ki, nəşr "Apple"-ın ilk qatlanan smartfonu olan "iPhone Duo"nu bir həftə ərzində sınaqdan keçirib və cihazı 10 baldan 7 balla qiymətləndirib. Rəydə qurğunun aparat hissəsinin yüksək səviyyədə olduğu, lakin "iOS" və üçüncü tərəf tətbiqlərinin hələ ona tam uyğunlaşmadığı bildirilib.

Smartfon 7,6 düymlük daxili və 5,4 düymlük xarici ekrana malikdir. Daxili ekrandakı matlaşdırılmış "nanotexture" örtüyü qatlanma xəttini demək olar ki, görünməz edir, parlaqlıq isə 3000 nitə çatır. Cihaz IP68 standartı üzrə toz və suya qarşı qorunub, kilid açmaq üçün "Touch ID"dən istifadə olunur.

Nəşr batareyanın ömrünü uğurlu sayıb: orta istifadədə gün sonunda təxminən 40 faiz enerji qalır. Bununla belə, 254 qramlıq çəki "Samsung"un 201 qramlıq "Galaxy Z Fold8" modeli ilə müqayisədə çatışmazlıq kimi qeyd edilib. Ekranın bölünməsi zamanı tətbiqlərin ölçüsünün yalnız 50-50 nisbətində olması və üçüncü kameranın olmaması da tənqid edilib.

Tam uyğunluq üçün tərtibatçılar "iOS 27.1" proqram təminatı paketindən istifadə etməlidir. "Instagram", "Threads", "Slack" və "Google" tətbiqləri artıq yenilənib. "Apple" bu il yeniləmə ilə "Apple Pencil" dəstəyi və "Reachability" funksiyasını əlavə etməyi planlaşdırır.

Qeyd edək ki, "iPhone Duo" "Samsung"un ilk "Galaxy Fold" modelindən yeddi il sonra bazara çıxır. Wired-ə görə, smartfona sifarişlər yanvaradək gözləmə rejimindədir.

Mənbə: Wired