"vivo" "X500" seriyasını və "Watch GT 2" ağıllı saatını Hindistana gətirir
Şirkətin Hindistan bölməsi seriyanın tezliklə satışa çıxacağını açıqlayıb, lakin təqdimat tarixi hələ məlum deyil.
GSMArena xəbər verir ki, "vivo" şirkətinin Hindistan bölməsi "X500" seriyalı smartfonların tezliklə ölkə bazarına çıxacağını elan edib. Bununla belə, təqdimatın dəqiq tarixi açıqlanmayıb.
Şirkətin sosial şəbəkələrdə və rəsmi saytında paylaşdığı görüntüdə "X500 Pro Max" modeli 400 mm-lik "vivo ZEISS Telephoto Extender Gen 2 Ultra" aksesuarı ilə birlikdə göstərilib. Ayrıca satılacaq bu teleobyektiv yalnız "X500 Pro Max" ilə uyğundur.
Paylaşılan təsvirdə həmçinin "vivo Watch GT 2" ağıllı saatı da yer alıb. Saat Hindistanda "X500" seriyası ilə eyni vaxtda təqdim olunacaq. Qurğu ilk dəfə ötən oktyabrda nümayiş etdirilib.
Seriyaya "X500", "X500 Pro" və "X500 Pro Max" modelləri daxildir. "vivo" hələlik Hindistanda üç modelin birlikdə, yoxsa əvvəlcə yalnız birinin buraxılacağını təsdiqləməyib.
Qeyd edək ki, "vivo" "X500" seriyasını sentyabrda Çində təqdim edib, oktyabrda isə beynəlxalq bazarlar üçün elan edib. Avropada "X500 Pro Max"-ın 12 GB operativ yaddaş və 256 GB daxili yaddaşlı versiyası 1 599 avro, "X500 Pro" isə 1 399 avrodan təklif olunur.
Mənbə: GSMArena