"vivo X500 E" smartfonu "vivo V80" modelinin yeni adlı versiyası ola bilər
"Amazon" İtaliyada peyda olan örtüklər və "Google Play Console" məlumatları iki modelin demək olar ki, eyni olduğuna işarə edir.
GSMArena xəbər verir ki, "vivo" şirkətinin hələ təqdim olunmamış "vivo X500 E" smartfonunun əslində "vivo V80" modelinin yeni adla buraxılan versiyası olduğuna dair yeni sübutlar ortaya çıxıb. Bu dəfə ipucu "Amazon"un İtaliya bölməsindən gəlib.
Saytda satışa çıxarılan bir neçə üçüncü tərəf örtüyünün həm "vivo X500 E", həm də "vivo V80" ilə uyğun olduğu bildirilir. Bundan əvvəl "Google Play Console" məlumatları yeni modelin "Snapdragon 7 Gen 4" prosessoru ilə işləyəcəyini göstərib. Həmin çip "V70" və "V80" smartfonlarında da istifadə olunur.
Şayiələrə görə, "X500 E" 7500 mAh tutumlu batareya alacaq ki, bu da "V80"in 7200 mAh-lıq batareyasından bir qədər çoxdur. Lakin GSMArena bu rəqəmin dəqiq olmaya bilədiyini qeyd edir. Bundan başqa, modelə aid fərqli nömrələrin ortaya çıxması ("V2648" və "V2656") müəyyən şübhələr yaradır.
Qeyd edək ki, "vivo" bu ilin əvvəlində "V70"in təkmilləşdirilmiş versiyası olan "X300 E" modelini təqdim edib. Həmin smartfon eyni 6,59 düymlük ekrana və 50+50+8 MP kamera sisteminə malik olsa da, daha güclü "Snapdragon 8 Gen 5" prosessoru və 7200 mAh batareya alıb. "vivo V80" isə bu ayın əvvəlində Hindistanda 8/128 GB versiyası üçün 63 000 rupi başlanğıc qiymətlə təqdim olunub.
Mənbə: GSMArena