"vivo V80 FE" rəsmi saytda görünüb: 7000 mAh batareya və 90 Vt sürətli şarj

Yeni smartfon "Dimensity 7400-Turbo" prosessoru, 6,59 düymlük AMOLED ekran və IP69 qorunma ilə gəlir. Qiyməti hələ açıqlanmayıb.

GSMArena

GSMArena xəbər verir ki, "vivo" şirkəti "V80 FE" smartfonunu təqdimata hazırlayır. Cihaz şirkətin Filippin üzrə rəsmi saytında peyda olub ki, bu da təqdimatın yaxın vaxtlarda baş tutacağına işarə edir. Rəsmi səhifədə smartfonun bütün texniki xüsusiyyətləri açıqlanıb.

Model dizayn baxımından standart "V80"-ə bənzəyir, lakin arxa paneldə bir kamera azdır. Smartfon "MediaTek Dimensity 7400-Turbo" prosessoru ilə işləyir, 8 GB-a qədər LPDDR4X operativ yaddaş və 256 GB-a qədər UFS 3.1 daxili yaddaşla təklif olunur.

GSMArena

Cihaz 120 Hs-ə qədər yenilənmə tezliyi və 3000 nitə qədər maksimal parlaqlığa malik 6,59 düymlük AMOLED ekranla təchiz edilib. Barmaq izi skaneri ekranın altında yerləşir. Arxada 50 meqapiksellik əsas və 50 meqapiksellik ultragenişbucaqlı kamera, öndə isə 50 meqapiksellik selfi kamerası var.

Smartfon 90 Vt sürətli simli şarjı dəstəkləyən 7000 mAh-lıq batareya ilə gəlir. O, "Android 17" əsaslı "OriginOS 7" əməliyyat sistemində işləyir və IP69 standartı üzrə qorunmaya malikdir. Model "Chill Green" və "Sparkling Gold" rənglərində satışa çıxacaq.

GSMArena

Qeyd edək ki, standart "vivo V80" ötən ay qlobal bazarlarda təqdim olunub. "V80 FE"-nin qiyməti və satış tarixi hələlik açıqlanmayıb.

Mənbə: GSMArena