"Trump Mobile T1 Phone" smartfonunun sökülmə videosu yayılıb
Bahalaşan smartfonun içini göstərən video cihazla bağlı əvvəlki şübhələri təsdiqləyib. Model yüksək səviyyəli sayılmır.
GSMArena xəbər verir ki, "Trump Mobile" şirkətinin "T1 Phone" smartfonunun sökülmə videosu yayılıb. Nəşrin yazdığına görə, video cihazla bağlı uzun müddətdir dilə gətirilən şübhələri təsdiqləyib.
"T1 Phone" ilk dəfə keçən ilin iyununda elan olunub, lakin satışa yalnız bu ilin iyununda çıxıb. Bu müddətdə smartfonun dizaynı və texniki göstəriciləri dəyişdirilib. Yenilənmiş versiya da flaqman səviyyəsinə çatmır.
Cihazın qiyməti də dəyişib. Satışa çıxdıqdan sonra smartfonun qiyməti 499 dollardan 749 dollara qaldırılıb.
Bu məbləğə istifadəçi 120 Hz yenilənmə tezliyinə malik 6,78 düymlük AMOLED ekran, "Snapdragon 7 Gen 3" prosessoru və 512 GB yaddaş əldə edir. Smartfonda 50 MP-lik əsas, 8 MP-lik ultragenişbucaqlı və 2x optik yaxınlaşdırmalı 50 MP-lik telefoto kamera var. Ön kamera 50 MP, batareyanın tutumu isə 5000 mAh-dır.
Qeyd edək ki, "T1 Phone" elan olunduğu gündən diqqət mərkəzindədir. Satışın təxminən bir il gecikməsi və texniki göstəricilərin dəyişdirilməsi cihaza marağı artırıb.
Mənbə: GSMArena