Samsung "Android 17" əsaslı "One UI 9" yeniləməsini daha çox Galaxy smartfonuna yayır
Yeniləmə siyahısına əsasən "Galaxy A" seriyası daxil olub, ən yeni "Galaxy A57" və "Galaxy A37" modelləri də artıq yeni proqram təminatını alıb.
9to5Google xəbər verir ki, "Samsung" "Android 17" əsaslı "One UI 9" yeniləməsinin yayımını genişləndirib və son günlərdə bir sıra "Galaxy" smartfonları yeniləmə siyahısına əlavə olunub.
"One UI 9" sentyabr ayında "Galaxy S26" seriyasının təqdimatı ilə birlikdə buraxılıb. O vaxtdan bəri yeniləmə şirkətin flaqman cihazlarından sonra son illərdə çıxan smartfonların əksəriyyətinə yayılıb.
Yeni siyahıya əsasən "Galaxy A35", "Galaxy A36", "Galaxy A37", "Galaxy A54", "Galaxy A55", "Galaxy A56", "Galaxy A57", "Galaxy A26", "Galaxy A27", "Galaxy A16" və "Galaxy A17" modelləri daxildir. Bundan başqa, "Galaxy M56", "Galaxy M54", "Galaxy F17" və "Galaxy F70" də yeniləməni alıb.
Mənbə bildirib ki, yayım hələ başa çatmadığından siyahıdakı bəzi cihazlar üçün yeniləmə yalnız müəyyən regionlarda əlçatandır. Şirkətin "Android 17" alacağını təsdiqlədiyi "Galaxy A25" kimi bəzi modellər isə hələ siyahıda yer almır.
Qeyd edək ki, siyahıdakı ən yeni modellər olan "Galaxy A57" 419,99 dollara, "Galaxy A37" 439,99 dollara, "Galaxy A27" isə 285 dollara satılır.
Mənbə: 9to5Google