OnePlus soyutma ventilyatorlu "Ace 7" və "Ace 7 Pro" smartfonlarını təqdim edib

Oyun yönümlü cihazlar 185 Hz ekran, 9000 mAh batareya və dörd suya davamlılıq sertifikatı ilə təchiz olunub.

GSMArena

GSMArena xəbər verir ki, "OnePlus" Çində "Ace 7" seriyasını təqdim edib. Seriyaya "Ace 7" və "Ace 7 Pro" smartfonları daxildir. Oyun yönümlü cihazların əsas xüsusiyyəti uzun oyun seansları zamanı prosessoru soyutmaq üçün daxili ventilyatorun olmasıdır.

"Ace 7 Pro" "Snapdragon 8 Elite Gen 5" prosessoru, 12 və ya 16 GB operativ yaddaş, 256 GB-dan 1 TB-a qədər daxili yaddaşla təchiz olunub. 6,78 düymlük LTPO ekranın yenilənmə tezliyi dəstəklənən oyunlarda 185 Hz-ə çatır, gündəlik istifadədə isə 165 Hz ilə məhdudlaşır. Smartfonda 200 MP əsas, 3,5x optik yaxınlaşdırmalı 50 MP teleobyektiv və 16 MP ön kamera var, ultragenişbucaqlı kamera isə yoxdur.

GSMArena

Ventilyator iki hava girişi və iki çıxışı olan sistemə malikdir, hava dəlikləri isə kamera blokunda yerləşir. Cihaz 9000 mAh batareya ilə işləyir və 100 Vt sürətli şarjı dəstəkləyir. Ventilyatora baxmayaraq, smartfon IP66, IP68, IP69 və IP69K sertifikatlarını alıb. Modelin qiyməti 12/256 GB versiyası üçün 4799 yuandan (təxminən 715 dollar) başlayır.

Standart "Ace 7" isə "Snapdragon 8 Elite Gen 5"-in zəiflədilmiş qrafik prosessorlu "V" versiyasını alıb. Burada teleobyektiv 8 MP ultragenişbucaqlı kamera ilə əvəzlənib, ventilyatorda isə ikitərəfli hava axını yoxdur. Modelin qiyməti 4399 yuandan (təxminən 655 dollar) başlayır.

GSMArena

Qeyd edək ki, bəzi ehtimallara görə, "Ace 7" Çindən kənar bazarlarda "OnePlus 16R" adı ilə satışa çıxarıla bilər. Oxşar ventilyatorlu smartfonlar əvvəllər "RedMagic" tərəfindən də buraxılıb, lakin onlarda hava dəlikləri yan çərçivədə yerləşir.

Mənbə: GSMArena