"iOS 27.3" "Siri" süni intellektini daha dörd dilə gətirib
"Apple"in yenilənmiş səsli assistenti artıq Türk, Norveç, Vyetnam və ənənəvi Çin dillərini dəstəkləyir, ümumi say 10-a çatıb.
9to5Mac xəbər verir ki, "Apple" "iOS 27.3" əməliyyat sisteminin beta versiyasında "Siri AI" süni intellekt funksiyalarını dörd yeni dilə genişləndirib. Siyahıya ənənəvi Çin, Norveç, Türk və Vyetnam dilləri əlavə olunub.
Bununla da yenilənmiş assistentin dəstəklədiyi dillərin ümumi sayı 10-a çatıb. Cəmi bir həftə əvvəl "iOS 27.2" yeniləməsi ilə şirkət fransız, yapon, koreya, portuqal və ispan dillərinə dəstək əlavə etmişdi. Ondan öncə "Siri AI" yalnız ingilis dilində işləyirdi.
"iOS 27.3" hazırda yalnız beta formatında əlçatandır, lakin gələn ay bütün istifadəçilər üçün yayımlanacaq. Yeniləmə həmçinin "Siri" üçün əlavə tətbiqdaxili əməliyyatlar, yeni "Siri Recap" funksiyası və tərtibatçılar üçün assistentlə inteqrasiyaya imkan verən genişləndirilmiş alətlər dəsti təqdim edir.
Qeyd edək ki, "Siri AI" "Apple"in əsaslı şəkildə yenilənmiş səsli assistentidir və şirkət onu qısa müddət ərzində sürətlə yeni dillərə və daha geniş istifadəçi kütləsinə yayır.
Mənbə: 9to5Mac