"Honor Magic9 Pro Max" "ARRI" kamera texnologiyaları ilə təqdim olunub
Yeni flaqman smartfonda iki 200 meqapiksellik kamera, 10 bitlik log video çəkilişi və ayrıca kamera düyməsi var.
GSMArena xəbər verir ki, "Honor" şirkətinin yeni flaqmanı "Honor Magic9 Pro Max" tezliklə qlobal bazara çıxacaq. Smartfon Hollivud kinostudiyalarında geniş istifadə olunan kamera istehsalçısı "ARRI" ilə birgə hazırlanıb və ən yaxşı kameralı telefon titulu uğrunda yarışa qoşulur.
Nəşr cihazın qutusunu açıb. "Moss Green" rəngli modelin qutusundan yaşıl çalarlı şəffaf silikon qab, 100 vatlıq adapter və kabel çıxıb. Adapterin "USB-C" əvəzinə "USB-A" portu ilə gəlməsi nəşr tərəfindən çatışmazlıq kimi qeyd edilib.
Smartfon "ARRI" kino kameralarından ilhamlanan dizayna, tək parçadan ibarət metal korpusa və simsiz enerji yığımı üçün arxada şüşə hissəyə malikdir. Sol tərəfdə fərdiləşdirilə bilən süni intellekt düyməsi, həmçinin toxunma və basma funksiyalı ayrıca kamera düyməsi yerləşir.
Cihazda "ARRI Image Science" rəng emalı, "ARRI Looks", "LogC3" əyrisi və "Wide Gamut 3" 10 bitlik rəng dəstəyi təqdim olunub. İstifadəçilər 10 mindən çox LUT profilindən yararlana, hətta log formatında çəkiliş zamanı LUT tətbiq edərək nəticəni əvvəlcədən görə bilərlər. Arxa paneldə iki 200 meqapiksellik kamera, əsas və teleobyektiv modulları var.
Qeyd edək ki, "ARRI" Alexa kameraları peşəkar kino çəkilişində sənaye standartı sayılır. Şirkət bundan əvvəl "Honor" ilə "Robot Phone" üzərində məhdud sınaq əməkdaşlığı aparıb, "Magic9 Pro Max"ın təqdimat tədbiri isə Los-Ancelesdə keçirilib.
Mənbə: GSMArena