"Honor" 14 000 mAh batareyalı smartfon hazırlayır: bir həftə işləyə bilər

Sızan məlumata görə, yüksək sıxlıqlı batareya artıq sınaq istehsalı mərhələsinə keçib, smartfonun gələn il təqdim olunacağı gözlənilir.

GSMArena

GSMArena xəbər verir ki, "Honor" şirkətinin 14 000 mAh tutumlu batareya ilə təchiz olunacaq smartfonu bir dəfə şarj edildikdə bir həftəyə qədər işləyə bilər. Məlumatı tanınmış insayder "Digital Chat Station" yayıb.

İnsayderin sözlərinə görə, batareyanın tutumu 14 000-15 000 mAh arasında olacaq və o, artıq sınaq istehsalı mərhələsinə keçib. Yeni batareyalı smartfonun gələn il təqdim olunacağı gözlənilir.

GSMArena

Hansı modelin bu batareya ilə təchiz ediləcəyi açıqlanmayıb. Lakin ehtimallara görə, söhbət "Honor Power3" və ya "Honor Win RT3" modellərindən gedə bilər. İnsayder həmçinin bildirib ki, yüksək sıxlıqlı element sayəsində cihazın çəkisi və qalınlığı həddindən artıq olmayacaq.

Qeyd edək ki, bu batareya haqqında ilk məlumatlar iyun ayında yayılıb və o zaman layihə yeni məhsulun tətbiqi (NPI) mərhələsində idi. Bundan əlavə, "Honor" bu yaxınlarda 12 070 mAh batareyalı "Win RT2" və "Win Turbo2" smartfonlarını təqdim edib.

Mənbə: GSMArena