# Google "One UI 9" ilə işləyən "Galaxy"lərdə "Android Auto" problemini aradan qaldırıb

> "Samsung"un "Android 17" əsaslı yeniləməsindən sonra bəzi istifadəçilər ləngimə və bağlantı kəsilməsindən şikayət edirdi.

- Mənbə: [INPUT.AZ](https://input.az)
- URL: https://input.az/mobil/google-one-ui-9-ile-isleyen-galaxy-lerde-android-auto-problemini-aradan-qaldirib
- Dərc olunub: 3 noyabr 2026, 18:10 (Bakı)
- Bölmə: Mobil
- Teqlər: Samsung, Android Auto, Google
- Mənbə: [9to5Google](https://9to5google.com/2026/11/03/some-samsung-galaxy-phones-are-having-android-auto-issues-with-one-ui-9)

![Google "One UI 9" ilə işləyən "Galaxy"lərdə "Android Auto" problemini aradan qaldırıb](https://inputaz.s3.eu-central-1.amazonaws.com/media/aecfc6459a86a482.webp)
_9to5Google_

9to5Google xəbər verir ki, "Google" "One UI 9" ilə işləyən "Samsung Galaxy" smartfonlarında yaranan "Android Auto" problemləri üçün düzəliş yayımlayıb. Şirkət nəşrə açıqlamasında "düzəlişin artıq yayımlandığını" təsdiqləyib.

"Samsung"un "Android 17" əsaslı stabil "One UI 9" yeniləməsi geniş yayılmağa başladıqdan sonra "Reddit", "Samsung" və "Google" forumlarında "Android Auto" ilə bağlı şikayətlər görünüb. İstifadəçilər interfeysin ləng işlədiyini və ya bağlantının tamamilə kəsildiyini bildiriblər.

Nəşrin qeydinə görə, problem çox geniş yayılmasa da, şikayətlərin sayı müəyyən tendensiyadan xəbər verirdi. Android Authority-nin diqqət çəkdiyi bir istifadəçi testində "One UI 8.5" ilə işləyən "Galaxy S25 Edge"də heç bir nasazlıq müşahidə olunmayıb, "One UI 9" quraşdırılmış "Galaxy S24 Ultra" isə eyni problemləri dərhal təkrarlayıb.

Qeyd edək ki, "Google" son dövrdə "Android Auto" platformasını fəal yeniləyir: şirkət xidmətdəki "Gemini" süni intellektini "Personal Intelligence" funksiyası ilə təkmilləşdirir, "Android Auto 18.0" yeniləməsi isə platformanın yeni dizaynına hazırlıq çərçivəsində yayımlanır.
