"Galaxy S27 Ultra" və "S27 Pro"-nun batareyaları Koreya sertifikasında görünüb
Yeni modellərin batareyaları "Safety Korea" bazasında fotolarla qeydə alınıb, onlar 60 Vt sürətli şarj dəstəyi alacaq.
GSMArena xəbər verir ki, "Samsung"un hazırladığı "Galaxy S27 Pro" və "Galaxy S27 Ultra" smartfonlarının batareyaları Cənubi Koreyanın "Safety Korea" sertifikasiya bazasında fotoşəkilləri ilə birlikdə peyda olub.
EB-BS957CBY və EB-BS958DBY model nömrəli batareyalar smartfonların SM-S957 və SM-S958 nömrələrinə uyğun gəlir. Hər ikisini Çinin "Zhuhai CosMX Power" şirkəti istehsal edir. Fotolarda tutum göstəriciləri oxunmur.
Lakin bu rəqəmlər əvvəlcədən məlumdur: onlar iyulda sızıb, sentyabrda isə Çinin 3C sertifikatında təsdiqlənib. "S27 Ultra"nın nominal tutumu 5534 mAh-dır ki, bu da tipik 5700 mAh deməkdir. "S27 Pro"nun nominal tutumu 5087 mAh, tipik tutumu isə təxminən 5200 mAh olacaq. Hər iki model 60 Vt naqilli şarj üçün sertifikat alıb.
Bu göstəricilər doğrudursa, "S27 Ultra" 5000 mAh-lıq batareyaya malik "Galaxy S26 Ultra"dan 700 mAh (14 faiz), daha kiçik "S27 Pro" isə 200 mAh (4 faiz) çox tutuma sahib olacaq.
Qeyd edək ki, "Samsung" uzun illərdir "Ultra" modellərində 5000 mAh-lıq batareyadan istifadə edir. Məlumata görə, şirkət 7000 mAh-lıq prototipi sınaqdan keçirsə də, "S Pen" qələmini saxlamaq üçün daha kiçik batareyaya üstünlük verib. "S27" seriyasının təqdimat tarixi hələ dəqiq bilinmir, lakin son məlumatlara görə, şirkət adi yanvar-fevral qrafikinə qayıda bilər.
Mənbə: GSMArena