Baza "iPhone 18" daha güclü prosessor və böyük batareya alacaq, qiyməti arta bilər

Çinli insayderin məlumatına görə, Apple-ın standart modeli 2027-ci ilin əvvəlində təqdim olunacaq və iki əsas yenilik qazanacaq.

GSMArena

GSMArena xəbər verir ki, "Weibo" platformasında tanınmış çinli insayder "iPhone 18" smartfonunun baza versiyasının performans və batareya baxımından ciddi təkmilləşdiriləcəyini açıqlayıb. İddiaya görə, bu yeniliklər hazırkı "iPhone 18 Pro" seriyası ilə uyğun olacaq.

Məlumata əsasən, cihazın batareya ömrü təkcə daha effektiv prosessor hesabına deyil, həm də batareyanın həcminin artırılması sayəsində uzanacaq. Smartfonun "TSMC"nin 2 nanometrlik texnologiyası ilə istehsal olunan "Apple A20" çipinin sadələşdirilmiş versiyası ilə təchiz ediləcəyi gözlənilir.

Bununla belə, kiçildilmiş "Dynamic Island" yalnız "iPhone 18 Pro" modellərində qalacaq. Bundan əlavə, baza "iPhone 18"in qiymətinin bir qədər artacağı bildirilir.

Qeyd edək ki, "Apple" bu il "iPhone 18" seriyasından yalnız "Pro" modellərini təqdim edib, standart versiyaların isə 2027-ci ilin əvvəlində elan olunacağı gözlənilir. Ötən il təqdim edilən "iPhone 17" də sələfi ilə müqayisədə 100 dollar baha satışa çıxarılmışdı.

Mənbə: GSMArena