Apple toxunma ekranlı və OLED displeyli yeni "MacBook Pro"nu təqdim edib

Yeni noutbuklar əvvəlki modellərdən xeyli yüngüldür, displeyin parlaqlığı isə 2000 nitə qədər yüksəlir.

9to5Mac

9to5Mac xəbər verir ki, "Apple" keçən həftə təqdim etdiyi "MacBook Pro with PROLED XDR Display" noutbuku ilə son illərin ən böyük dəyişikliklərini edib. Yeni modeldə tandem OLED ekran, daha yüngül korpus və toxunma funksiyası var, arxa paneldəki "Apple" loqosu isə yenidən işıqlanır.

14 düymlük modelin çəkisi 3,5 funtdan 3 funta, 16 düymlük modelinki isə 4,7 funtdan 4 funta enib. Bu, əsasən mini-LED-dən arxa işıqlandırma tələb etməyən OLED-ə keçid və toxunma sensorunun birbaşa panelə inteqrasiyası hesabına mümkün olub. Hər iki model həm də bir qədər nazikləşib.

9to5Mac

Yeni displeyin pik HDR parlaqlığı 2000 nitə, açıq havada SDR parlaqlığı isə 2000 nitə çatır. Ekranın əksetdirmə göstəricisi cəmi 1 faizdir. Şirkət ekranın "yanması" riskini azaltmaq üçün piksellərin istifadəsini real vaxtda izləyən yenilənmiş displey mühərrikindən istifadə etdiyini bildirib.

Toxunma funksiyası əsas deyil, köməkçi idarəetmə üsulu kimi nəzərdə tutulub. "macOS" toxunma aşkarladıqda menyu elementləri arasındakı məsafə artır, böyütmə, pəncərələr arasında keçid kimi tanış jestlər dəstəklənir. Video zənglər zamanı ekrana toxunduqda kameranın titrəməsini kompensasiya edən avtomatik stabilləşdirmə də əlavə olunub.

9to5Mac

Qeyd edək ki, "Apple" uzun müddət toxunma ekranlı "Mac" ideyasına qarşı çıxıb. Stiv Cobs hələ 2010-cu ildə şaquli toxunma səthlərini ergonomik baxımdan "dəhşətli" adlandırmışdı. Şirkət 2021-ci ildə "MacBook Pro"nu tam yeniləsə də, o zaman noutbuklar daha ağır olmuşdu.

Mənbə: 9to5Mac