The Verge xəbər verir ki, "Apple" ilk nəsil "iPod" pleyerinin virtual versiyasını "Apple Music" xidmətinin 404 xəta səhifəsində gizli sürpriz kimi yerləşdirib. Bu sürprizi cümə günü sosial şəbəkə istifadəçiləri aşkarlayıb.
Virtual pleyerdə 2000-ci illərin əvvəllərinə aid musiqilər yer alır. Onların arasında "Coldplay" qrupunun "Viva La Vida" və "Gorillaz" qrupunun "Feel Good Inc." mahnıları var.
Pleyer "Apple Music"in istənilən mövcud olmayan səhifəsində görünür. Onu tapmaq üçün xidmətin əsas ünvanının sonuna təsadüfi hərflər əlavə etmək kifayətdir.
Mənbəyə görə, bu sürpriz böyük ehtimalla cihazın 25 illik yubileyi ilə bağlıdır.
Qeyd edək ki, "Apple" ilk "iPod"u 23 oktyabr 2001-ci ildə 399 dollar qiymətə təqdim edib. "iPod" 20 il ərzində şirkətin əsas məhsullarından biri olub və 2022-ci ildə istehsaldan çıxarılıb. Son illərdə isə bu cihazlara maraq yenidən artmağa başlayıb.
Mənbə: The Verge
Bizi izləyin
Ən vacib texnologiya xəbərlərini sosial şəbəkələrdə qaçırmayın.
Növbəti xəbər





