Apple "MacBook Neo 2" üçün iddialı plan qurub: satışların iki dəfə artması gözlənilir

Təchizat zəncirindən gələn məlumata görə, şirkət 2027-ci ildə 16 milyon noutbuk satmağı hədəfləyir.

9to5Mac

9to5Mac xəbər verir ki, "Apple" 2027-ci ilin əvvəlində təqdim etməyi planlaşdırdığı "MacBook Neo 2" noutbukunun böyük satış uğuru qazanacağını gözləyir. Yeni modelin hazırlanması barədə məlumatı daha əvvəl "Bloomberg" jurnalisti Mark Gurman yayıb.

"Digitimes" nəşrinin təchizat zəncirindəki mənbələrə istinadən yaydığı məlumata görə, "Apple" tədarükçülərə 2027-ci il üçün 16 milyon ədəd "MacBook Neo" göndərişi proqnozu verib. Bu, 2026-cı ildə gözlənilən təxminən 8 milyon ədəddən iki dəfə çoxdur.

9to5Mac

Artımın bir hissəsi noutbukun 2027-ci ildə daha uzun müddət satışda olması ilə izah oluna bilər. İlk "MacBook Neo" 2026-cı ilin martında satışa çıxdığı üçün gələn il yanvar və fevral ayları da hesaba daxil olacaq. Lakin bu iki ay elektronika satışları üçün zəif dövr sayılır və rəqəmlərin ikiqat artmasını tam izah etmir.

Qeyd edək ki, ilk "MacBook Neo" bu ilin əvvəlində təqdim olunduqdan sonra qısa müddətdə populyarlıq qazanıb. Məhz bu model sayəsində "Apple" ilk dəfə "Mac" alan istifadəçilər arasında ən yüksək həftəlik satış rekordu qeydə alıb.

Mənbə: 9to5Mac