Apple "iPadOS 27.2" yeniləməsini yayımlayıb: "Siri" və tətbiqlər yenilənib

Yeniləmə "Apple Music", "FaceTime", "Apple TV" və digər tətbiqlərə yeni funksiyalar, həmçinin dizayn dəyişiklikləri gətirib.

9to5Mac

9to5Mac xəbər verir ki, "Apple" planşet istifadəçiləri üçün "iPadOS 27.2" yeniləməsini yayımlayıb. Yeniləməni Parametrlər, Ümumi və Proqram təminatı yeniləməsi bölməsindən yükləmək mümkündür.

Yeniləmədə "Siri" süni intellekt funksiyaları təkmilləşdirilib və yeni dillərə dəstək əlavə olunub. "Messages" tətbiqində təklif olunan əməliyyatlar, "Apple TV"də istifadəçi profilləri, qrup "FaceTime" zənglərində isə "Dual Capture" funksiyası istifadəyə verilib.

9to5Mac

"Apple Music" yeni ikon və dizayn dəyişiklikləri alıb, "Apple Podcasts"da "Up Next" növbəsi yenidən işlənib. "Home" tətbiqinə uyğun ağıllı kilidlər üçün yeni idarəetmə vasitələri, "Apple Books"a isə yeni menyular və asan əlfəcin funksiyası əlavə olunub.

Trekpad və ya siçanla işləyən istifadəçilər üçün "Mac"dən tanış olan yeni "Siri" qısayolu da gəlib. Mətn seçildikdə ekranda "Siri" ikonu görünür və onun üzərinə gəlməklə seçilmiş mətnlə bağlı sorğu yazmaq olur.

Qeyd edək ki, "iPadOS 27.2" "iPadOS 27"ni dəstəkləyən bütün planşet modellərində əlçatandır. "iPadOS 27.1" versiyasının buraxılmamasının səbəbi isə şirkətin x.1 yeniləmə dövrünü yalnız "iPhone Duo" üçün ayırmasıdır.

Mənbə: 9to5Mac