Tom's Hardware xəbər verir ki, "Apple" şirkətinin ilk "iPod" musiqi pleyerinin təqdimatından 25 il ötüb. Cihaz 2001-ci ilin 23 oktyabrında şirkətin o vaxtkı rəhbəri Stiv Cobs tərəfindən ictimaiyyətə nümayiş etdirilib.

Cobs təqdimata "Mac olmayan, çığır açan rəqəmsal cihaz" barədə eyham vuraraq başlayıb. Təqdim olunan "iPod" qısa müddətdə cib ölçülü rəqəmsal musiqi pleyerləri arasında böyük populyarlıq qazanıb.

İlk "iPod" 5 GB yaddaşa malik olub və təxminən 1000 mahnını oyun kartı dəstəsi boyda korpusa yerləşdirməyə imkan verib. Cihazın əsas vədi istifadəçinin bütün musiqi kitabxanasını cibində gəzdirməsi idi, qiyməti isə 399 dollar təşkil edib.

Qeyd edək ki, "iPod" smartfonlar kifayət qədər inkişaf edib bu cür cihazları lazımsız hala gətirənə qədər bir çox texnologiya həvəskarının hər gün yanında gəzdirdiyi əsas qurğulardan biri olub.