# Süni intellekt agenti siçan üzərində beyin əməliyyatı aparıb

> "Exin Therapeutics" startapının sınağında dərmanı, beyin nahiyəsini və dozanı süni intellekt seçib, robot qolları da özü idarə edib.

- Mənbə: [INPUT.AZ](https://input.az)
- URL: https://input.az/elm/suni-intellekt-agenti-sican-uzerinde-beyin-emeliyyati-aparib
- Dərc olunub: 31 oktyabr 2026, 16:32 (Bakı)
- Bölmə: Elm
- Teqlər: Süni intellekt, Anthropic, Tibb
- Mənbə: [Tom's Hardware](https://tomshardware.com/tech-industry/artificial-intelligence/startup-uses-ai-agent-to-perform-controversial-brain-surgery-on-a-mouse-anthropic-sonnet-controlled-motorized-surgery-rig-ai-given-free-reign-to-treat-epilepsy-with-a-range-of-gene-therapy-vectors-after-opus-5-5-refused-to-conduct-biological-experiment)

![Süni intellekt agenti siçan üzərində beyin əməliyyatı aparıb](https://inputaz.s3.eu-central-1.amazonaws.com/media/dcb2a3b56d0cf417-1600x900.webp)
_Tom's Hardware_

Tom's Hardware xəbər verir ki, neyroterapiya sahəsində çalışan biotexnologiya startapı "Exin Therapeutics" süni intellekt agentinin köməyi ilə siçan üzərində beyin əməliyyatı apardığını açıqlayıb. Nəşrin məlumatına görə, motorlu cərrahi qurğunu "Anthropic" şirkətinin "Sonnet" modeli idarə edib.

Şirkətin həmtəsisçisi və baş icraçı direktoru Gabriel Ocana-Santero prosesi "X" sosial şəbəkəsində paylaşıb. Onun sözlərinə görə, agentə cədvəldə 19 gen terapiyası vektoru, epilepsiya modeli olan siçan, kameralarla təchiz olunmuş motorlu cərrahi qurğuya giriş və bir məqsəd verilib: qıcolmaları azaltmaq.

Süni intellekt dərmanı və beyin nahiyəsini özü seçib, koordinatları isə üç elmi məqalə əsasında müəyyənləşdirib. Daha sonra stereotaksik qolları beyinə yönəldib və 250 nanolitr preparat yeridib, bu zaman kamera vasitəsilə giriş nöqtəsində qanaxma olub-olmadığını izləyib.

Bütün geri dönməz addımlar lisenziyalı baytar həkimi tərəfindən təsdiqlənib, həkimin əlində agenti dayandırmaq üçün fiziki söndürmə düyməsi olub. Məlumata görə, siçan əməliyyatdan sonra yaxşı sağalıb və qəfəsdə hərəkət edərkən görüntülənib.

Qeyd edək ki, Tom's Hardware-in məlumatına görə, bundan əvvəl "Opus 5.5" modeli bu bioloji təcrübəni aparmaqdan imtina edib. Ocana-Santero həmçinin agentin bir məqamda onun müdaxiləsinə icazə vermədiyini bildirib, eksperiment isə mübahisələrə səbəb olub.
