# NASA yeni eksperimental təyyarəsini təqdim edib: "X-70 Fractal"

> Pilotlu təyyarə yeni nəsil aviasiya texnologiyalarının real uçuşda sınaqdan keçirilməsi üçün nəzərdə tutulub.

- Mənbə: [INPUT.AZ](https://input.az)
- URL: https://input.az/elm/nasa-yeni-eksperimental-teyyaresini-teqdim-edib-x-70-fractal
- Dərc olunub: 5 noyabr 2026, 19:10 (Bakı)
- Bölmə: Elm
- Teqlər: NASA, Aviasiya
- Mənbə: [The Verge](https://theverge.com/tech/1027426/nasa-experimental-x-70-fractal-aircraft)

![NASA yeni eksperimental təyyarəsini təqdim edib: "X-70 Fractal"](https://inputaz.s3.eu-central-1.amazonaws.com/media/5f3ce2bc0a4080ca.webp)
_The Verge_

The Verge xəbər verir ki, "NASA" eksperimental təyyarələrdən ibarət X seriyasının yeni nümayəndəsi olan "X-70 Fractal"ı elan edib. Agentlik onu yeni nəsil aviasiya texnologiyalarının hazırlanması və sınağı üçün yüksək performanslı, çevik tədqiqat platforması kimi təqdim edib.

"NASA" təyyarənin yalnız süni intellektlə yaradılmış, tüstü və kölgələr içində gizlədilmiş təsvirini yayıb, lakin bəzi texniki göstəriciləri açıqlayıb. Pilotlu təyyarənin seyr sürəti 0,75 Max olacaq, o, 45 min fut hündürlüyə qalxa biləcək və təxminən 1726 mildən artıq uçuş məsafəsinə malik olacaq.

"X-70" daxildə və ya xaricdə 2000 funta qədər eksperimental avadanlıq daşıya biləcək. Təyyarədə sürətlə yenidən konfiqurasiya edilə bilən uçuş idarəetmə texnologiyası tətbiq olunacaq ki, bu da manevr qabiliyyətini pilotlu uçuşlarda əvvəllər nümayiş etdirilməmiş üsullarla öyrənməyə imkan verəcək.

"NASA" rəhbəri Ceyrid Ayzekmen bildirib ki, modul dizayn komandalara bir təcrübədən digərinə tez keçməyə şərait yaradacaq. Onun sözlərinə görə, təyyarənin "NASA" bayrağı altında ilk uçuşu növbəti iki il ərzində gözlənilir.

Qeyd edək ki, X seriyasına təxminən 80 il əvvəl ilk dəfə səs sədddini aşan "Bell X-1" və daha son dövrdə hazırlanmış səssiz səsdənsürətli nümayişçi "X-59" daxildir.
