"Tesla" "Full Self-Driving" rejimində I-80 yolunda piyadanı vuraraq öldürüb

Kaliforniyada 71 yaşlı kişi magistralı keçərkən avtopilot funksiyası aktiv olan elektromobilin altında qalıb.

The Verge

The Verge xəbər verir ki, Kaliforniyanın Vallexo şəhərində "Full Self-Driving" (FSD) rejimində hərəkət edən "Tesla" elektromobili I-80 magistralını keçən 71 yaşlı kişini vuraraq öldürüb. Hadisə cümə axşamı gecə saat 02:30 radələrində baş verib, bu barədə ilk olaraq "San Francisco Chronicle" məlumat yayıb.

Kaliforniya Magistral Patrulu (CHP) avtomobilin videoqeydiyyatçısının görüntülərini araşdırdığını bildirib. Açıqlamaya görə, kadrlarda "Tesla"nın əyləc etdiyi və piyadadan yayınmaq üçün sola döndüyü görünür, lakin buna baxmayaraq avtomobilin sağ ön hissəsi kişiyə dəyib.

Rəsmilərin fikrincə, "Tesla"dan sonra ən azı daha bir avtomobil piyadanı vurub. Hadisə yerində qalan yalnız "Tesla" sürücüsü olub, digər sürücülər dayanmayıb. CHP-nin Solano bölməsi hadisənin şahidlərindən və məlumatı olanlardan onlarla əlaqə saxlamağı xahiş edib.

Qeyd edək ki, ötən həftə I-80 yolunda baş verən başqa bir hadisədə sürücü FSD rejimindən istifadə edərkən yuxuya getdiyini, "Tesla"sının isə qəza yerində dayanmış polis avtomobilinə çırpıldığını bildirmişdi. Bundan sonra CHP sürücüləri adına baxmayaraq FSD-nin tam avtonom olmadığı və texnologiyanın sürücünü təhlükəsiz idarəetmə məsuliyyətindən azad etmədiyi barədə xəbərdar etmişdi.

Mənbə: The Verge